ABŞ qərarını açıqladı: Ukraynaya silah satacaq

Ukraynaya silah satışı ABŞ Dövlət Departamenti tərəfindən qəbul edilib
Sputnik

BAKI, 3 mart — Sputnik. ABŞ rəhbərliyi Ukraynaya ümumi dəyəri 47 milyon dollar olan 210 ədəd tank əleyhinə raket və 37 ədəd raket atıcı satacaq.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin yazılı açıqlamasında Ukraynaya silah satışının ABŞ Dövlət Departamenti tərəfindən qəbul edildiyi bildirilib. Bu qərarın Konqresə göndərildiyi deyilir.

Açıqlamada silah satışının bölgədə hərbi nizamı pozmayacağı iddia edilir.