Türkiyədən acı xəbər gəldi: 8 şəhid, 13 yaralı

Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb
Sputnik

BAKI, 2 mart — Sputnik. Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yenə şəhid verib. Sputnik Azərbaycan "Sözçü"yə istinadla xəbər verir ki, martın 1-də Türkiyənin 8 əsgəri şəhid olub, 13 əsgəri yaralanıb.

Öncə Silahlı Qüvvələrin 5 əsgərinin şəhid olduğu, 7 əsgərinin yaralandığı xəbəri gəlib. Az sonra PKK terror təşkilatı ilə döyüşdə daha 3 əsgərin öldüyü, 6 əsgərin isə yaralandığı bildirilib.

Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb. 

Məlumatda ötən gün ərzində aparılmış əməliyyatlarda 23 terrorçunun zərərsizləşdirildiyi qeyd olunur.