BAKI, 2 mart — Sputnik. Martın 1-də Türkiyənin 8 əsgərinin şəhid olduğu 1083 rəqəmli Kaltəpə terrorçulardan təmizlənib. Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, türk əsgərləri və Azad Suriya Ordusunun bölmələri səhər tezdən 2 kəndi və Kaltəpəni PKK/PYD terrorçularından təmizləyiblər.
Türkiyə Silahlı Qüvvələri eyni zamanda 7 istiqamətdən Raco şəhərinə giriblər. Terrorçulara aid 2 strateji nöqtə top atəşi ilə məhv edilib. Bundan əlavə, 4 yeraltı tunelə giriş pilotsuz uçan aparatlarla nəzarət altına alınıb.
Qeyd edək ki, martın 1-də 100-ə qədər terrorçu pusqu quraraq 8 türk əsgərini şəhid etmişdilər.