RUSİYA

Vladimir Putin İlham Əliyevə başsağlığı verdi

Rusiya prezidenti azərbaycanlı həmkarına başsağlığı verib
Sputnik

BAKI, 2 mart — Sputnik. Bu gün Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə başsağlığı verib. Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli İlham Əliyev.

Bakı şəhəri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı üzüldüyümü ifadə edirəm. Ölənlərin ailələrinə başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını arzu edirəm".