İlham Əliyev hadisə yerinə gedib - Təcili

İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın haqqında məlumat alıb, vəziyyətlə maraqlanıb
Sputnik

BAKI, 2 mart — Sputnik. Prezident İlham Əliyev bu gün səhər Xətai rayonunda yanğın baş vermiş əraziyə gedib. Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın haqqında məlumat alıb, vəziyyətlə maraqlanıb.

1 / 3
Prezident İlham Əliyev yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub
2 / 3
Prezident İlham Əliyev yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub
3 / 3
Prezident İlham Əliyev yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Rəsmi məlumata görə, korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.