Məşhur müğənni hamını təəccübləndirdi

Otuz yaşlı müğənni maraqlı geyim stilinə görə 2014-cü ildə "Lifetime Style Award" mükafatına layiq görülmüşdü
Sputnik

BAKI, 2 mart — Sputnik. Hər zaman qeyri-adi hərəkətləri və geyimi ilə gündəmdə qalmağı bacaran müğənni Rihanna bu dəfə də təəccübləndirib.

Əslən Barbadosdan olan amerikalı pop-ulduz Rihanna, "Gucci" brendinin yeni kolleksiyasından olan geyimdə çəkdirdiyi şəkili Instagram hesabında paylaşıb.

30 yaşlı müğənni maraqlı geyim stilinə görə 2014-cü ildə "Lifetime Style Award" mükafatına layiq görülmüşdü.

"Puma" ilə əməkdaşlıq edən Rianna həm də "Fenty" brendinin rəhbəridir.