Cinsiyyətindən imtina etdi, “əjdaha adam” oldu

Əməliyyatlara 40.000 funt (91320 manat) pul xərcləyib
Sputnik

BAKI, 2 mart — Sputnik. ABŞ-ın Arizonada yaşayan Eva Tiyamat Baphomet Medusa 57 yaşında QİCS xəstəsi olduğunu öyrənəndən sonra cinsiyyət orqanını kəsdirir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha sonra burnunu kəsdirərək özünü əjdahaya oxşatmağa qərar verib. Artıq bütün Arizona Medusanı “əjdaha adam” kimi tanıyır.

Medusa nə qadın, nə də kişi olmaq istəyib. O, qərara alıb ki, ancaq əjdaha olmalıdır. Əjdaha adama çevrilmək üçün dəfələrlə əməliyyat olunub. Bədəninin 95 faizi döymələrlə tutulub. Əməliyyatlara 40.000 funt (91320 manat) pul xərcləyib. “Əjdaha adam” ona təəccüblə baxanlara "Hər şeydən əvvəl mənəviyyat və insanın öz zövqüdür" deyir.