İstanbula gedənlərin diqqətinə: Mühüm xəbərdarlıq

Sabah İstanbul və ətrafında şiddətli fırtına gözlənilir
Sputnik

BAKI, 2 mart — Sputnik. Sabah İstanbul və ətrafında şiddətli fırtına gözlənilir.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Türkiyənin Meteoroloji Birinci Bölgə İdarəsindən bildiriblər ki, regionda sabah cənub və cənub-qərb istiqamətlərindən güclü külək və fırtına baş verməsi gözlənilir.

Saatda sürəti 50-80 kilometrə qədər çıxması gözlənilən fırtına səbəbiylə nəqliyyatda axsamalar, dam uçması, ağac və dirəklərin devrilməsi, qaz sızması kimi hadisələrə qarşı diqqətli və tədbirli olunması xəbərdarlığı edilib.