HADİSƏ

Azərbaycanda tanınmış jurnalist, baş redaktor faciəli şəkildə dünyasını dəyişdi

Həyat yoldaşı onun cəsədini hamam otağında tapıb
Sputnik

BAKI, 2 mart — Sputnik. Bu gün saat 14:00 radələrində Azərbaycanın tanınmış hüquqşünası, yazıçı və jurnalisti, 1958-ci il təvəllüdlü Əyyub Kərimov dəm qazından zəhərlənərək ölüb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əyyub Kərimov

Məlumata görə, Kərimovun cəsədini həyat yoldaşı yaşadığı mənzilin hamam otağından tapıb. Əyyub Zakir oğlu Kərimov "Femida 007" (əvvəllər "Femida") qəzetinin təsisçisi və baş redaktoru olub.

O, Qax rayonunun İlisu kəndində anadan olub. Dəfələrlə Milli Məclisə keçirilən seçkilərdə 112 saylı Qax seçki dairəsindən namizədliyini irəli sürüb. O, fəal ictimaiyyətçi, hüquqşünas və mediada imzası tanınan şəxslərdən biri idi.