CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elşad Xose: Narkoloji mərkəz yanan zaman orda idim

Elşad Xose: "Evə gəlmişəm, hələ də o dəhşətli mənzərə gözümün önündən getmir"
Sputnik

BAKI, 2 mart — Sputnik. Bu gün səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Sputnik AzərbaycanYenicag-a istinadən xəbər verir ki, hadisə zamanı tanınmış reper Elşad Xose də Narkoloji Mərkəzdə olub. Məsələ ilə bağlı reperlə əlaqə saxlanılıb. Reper faktı təsdiq edib:

"Səhər xəbəri eşidən kimi dəhşət içində hadisə yerinə qaçdım. Çünki mənə doğma olan dostum orda müalicə olunur. Xoşbəxtlikdən həmin oğlan qonşu korpusda olub, xəsarət almayıb. Gözümün önündə xeyli adam diri-diri yanaraq, kül oldu. Özü də son vaxtlar həmin xəstəxanada narkomanların sayı həddən artıq çox idi. Görünür insanlar özlərini realizə edə bilmədiklərindən bu yolu seçiblər. Nə qədər adam öldü, Allah rəhmət eləsin. Evə gəlmişəm, hələ də o dəhşətli mənzərə gözümün önündən getmir. Gördüklərim dəhşət idi".