Dubay aeroportunda robot polislər xidmət edəcək

Təhlükə olmadığı təqdirdə isə robot sərnişinləri salamlayacaq.
Sputnik

BAKI, 2 mart — Sputnik. Dubay aeroportunda şübhəli insanlara nəzarət edən və onların davranışları barədə məlumat verən robotlar qoyulacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Dubay gömrüyü artıq ilk belə robotu sınaqdan keçirib və o “gələnlər sektoru”nda quraşdırılacaq.

"Bu androiddir. O hələ tamamilə buraxılmayıb. Ancaq hava limanında pilot mərhələdən keçib" – deyə Dubayın innovasiya mərkəzinin mütəxəssisi Xalid əl-Zəruni məlumat verib.

Onun sözlərinə görə, android üzləri tanıya biləcək və istənilən şübhəli davranışları qeydə alaraq xüsusi mərkəzə ötürəcək.

Təhlükə olmadığı təqdirdə isə robot sadəcə sərnişinləri salamlayacaq.