Ağstafada traktor piyadanı vurub

Ağstafada traktor piyadanı vuraraq ağır yaralayıb
Sputnik

BAKI, 2 mart — Sputnik. Ağstafa rayonunda traktor piyadanı vuraraq ağır yaralayıb. Sputnik Azərbaycan-ın "Report"-a istinadə məlumatına görə, hadisə rayonun Qırlı kənd ərazisində baş verib.

İlkin məlumatlara görə, hərəkətdə olan qoşqulu traktor yaşlı kişini vuraraq bir neçə metr sürüyüb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.