HADİSƏ

Azərbaycanlı uşaqların ekskursiyası faciəli başa çatdı, ölən var

Tbilisidə fasad şüşəsinin düşməsi nəticəsində xəsarət alan uşaqlardan 3-ü azərbaycanlıdır
Sputnik

BAKI, 1 mart — Sputnik. Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşməsi nəticəsində yaralanan məktəblilərdən 3-nün azərbaycanlı olduğu məlum olub.

Sputnk Azərbaycan APA-ya istinadla xəbər verir k, uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və bu gün evə buraxılacaqları gözlənilir.

Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.

Qeyd edək ki, dünən günorta saatlarında Tbilisidə Barataşvili küçəsində yerləşən binaların birindən düşən fasad şüşəsi 6 uşağa xəsarət yetirib. Uşaqlardan biri, 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi açılıb, ekspertiza müəyyən olunub.

Prezident Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili Aslan Məmmədovun həlak olması ilə bağlı onun ailəsinə başsağlığı veriblər.