Timsah sudan çıxaraq balıqçının...

Qeyri-adi hadisə ötən ilin avqustunda baş versə də, videogörüntü yeni yayımlanıb
Sputnik

BAKI, 1 mart — Sputnik. Floridada balıqçı başına gələn qəribə hadisəni lentə alıb. Sputnik Azərbaycan xəbər verir ki, ABŞ-ın Nyu-Port-Riçi şəhərində balıqçı öz ovunu sudan çıxaran zaman onun arxasınca timsah da sudan çıxıb. Kadrlarda böyük bir balığın ardınca timsahın çıxdığı görünür. Yırtıcı dərhal sudan çıxıb tilova düşmüş ovu götürür.

"Mən bu kadrları balıq tutan zaman çəkmişəm və bu vaxta qədər timsah görməmişdim", – deyə video görüntünün müəllifi qeyd edib.

Qeyri-adi hadisə ötən ilin avqustunda baş versə də, videogörüntü yeni yayımlanıb.