HADİSƏ

Azərbaycan - Gürcüstan sərhədində olay

Hazırda faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 1 mart — Sputnik. "Mazımçay" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə məlumat daxil olub və bu məlumat əsasında avtomobilə baxış keçirilib. Yoxlama zamanı, avtomobilin sürücüsünün şalvarının cibində bir ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 0,3 qram olan narkotik vasitə — marixuana aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.