Türk dövlətində qadınlarla bağlı sürpriz qərar

Qurbanqulu Berdiməhəmmədov ölkədə çalışan hər bir qadına 8 mart günü 11 dollar məbləğində pul hədiyyə verəcək
Sputnik

BAKI, 1 mart — Sputnik. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə çalışan hər bir qadına 8 mart günü 11 dollar (18.70 manat) məbləğində pul hədiyyə verəcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, sahibkarlıq formasından asılı olmayaraq, müəssisə və təşkilatlarda çalışan qadınlara pul hədiyyəsi veriləcək.

Bununla yanaşı, prezidentin hədiyyəsi təqaüd və dövlət mükafatları alan, aspirantura və doktranturada təhsil alan şəxslərə, tələbələrə, məktəblilərə və uşaq baxçasında çalışan tərbiyəçilərə şamil edilir.

Xatırladaq ki, qadınlara pul hədiyyəsi verilməsi ənənəsi Türkmənistanın ilk prezidenti Safarmurad Niyazovun dövründən başlayıb.