BAKI, 1 mart — Sputnik. ABŞ-ın kofe aludəçisi olan sakini Reymond Şou mağazada kofe olmadığı üçün təsadüfən lotereyada jek-pot udub.
Sputnik Azərbaycan xəbər verir ki, Kanadada doğulmuş Şou hazırda Nyu-Yorkda yaşayır.
"Mən işdən sonra bir fincan qəhvə içmək üçün mağazaya getdim. İçki bitmişdi. Başqa bir mağazaya girdim, kofe və lotoreya bileti aldım. Mən kofemi və bileti götürüb zirzəmimə düşdüm və lotereya biletini sildim. Və cek-potu qazandığıma çox təəcübləndim", — deyə Şou bildirib.
Məlumata görə, o, 5 milyon ABŞ dolları qazanıb. O bu barədə heç kimə və hətta həyat yoldaşına da deməyib. Bileti qəzetin arasına qoyub yatıb. Ertəsi isə qazandığı pulu almaq üçün gedib. Bütün vergiləri ödədikdən sonra Şouya 3,3 milyon pul verilib. O, bu pulla ailəsinin gələcəyi üçün biznes qurmaq niyyətindədir.