Sarqsyan Türkiyə ilə tarixi protokolu ləğv etdi

Rəsmi Ankara normallaşmanın olması üçün erməni qoşunlarının Qarabağı boşaltmasını şərt qoşmuşdu
Sputnik

BAKI, 1 mart — Sputnik. Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə ilə 2009-cu ildə imzalanan normallaşma protokolunu ləğv edib. Sputnik Azərbaycan bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

Məlumata görə, Sarqsyan bu haqda qərarı, bunu martın 1-də Ermənistan Milli Təşhülkəsizlik Şurasının toplantısında açılqayıb.

Qeyd edək ki, həmin müqavilədə sərhədlərin açılması, qarşılıqlı ticarətin canlanması nəzərdə tutulsa da, Türkiyə Dağlıq Qarabağın işğalını səbəb gətirərək prosesdən boyun qaçırmışdı. Rəsmi Ankara normallaşmanın olması üçün erməni qoşunlarının Qarabağı boşaltmasını şərt qoşmuşdu.