CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir sahənin işçilərinin maaşları artırıldı

Sosial təminat müəssisələrində çalışan işçilərin maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb
Sputnik

BAKI, 1 mart — Sputnik. Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.