HADİSƏ

Abşeronda dəhşətli cinayət baş verib

1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır
Sputnik

BAKI, 1 mart — Sputnik. Abşeronda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb. 

14 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib. 

1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Hadisəni törətmiş Sənan Zalov qaçıb.