HADİSƏ

Amerikalı müəllimdən qeyri-pedaqoji hərəkət

Hadisəni törədən müəllim saxlanılıb və məktəbdə dərs müvəqqəti olaraq dayandırılıb
Sputnik

BAKI, 1 mart — Sputnik. ABŞ-ın Corciya ştatında müəllim ətrafdakılara atəş açıb.

"Report" xəbər verir ki, bu barədə yerli polis "Twitter"də məlumat yayıb.

Qeyd edilir ki, hadisə ştatın Delton şəhərində baş verib. Polisin yaydığı məlumata görə, o, məktəbdə barrikada qurub.

Polis valideynləri məktəbə girməməyə çağırıb. Hadisə zamanı şagirdlər xəsarət almayıb və onlar təhlükəsiz şəraitdədir.

Hadisəni törədən müəllim saxlanılıb və məktəbdə dərs müvəqqəti olaraq dayandırılıb.