Türkiyə ABŞ-ın yalanının üstünü açdı

Amerikalı polkovnik Robert Manninq də Afrində gərginliyin azaldılması istiqamətində Türkiyə ilə müzakirələr apardıqlarını söyləmişdi
Sputnik

BAKI, 28 fevral — Sputnik. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Adrian Qallovey bu gün səhər jurnalistlər üçün keçirdiyi brifinqdə Afrində gərginliyin azaldılması istiqamətində Türkiyə ilə müzakirələr apardıqlarını bəyan etmişdi.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, rəsmi Ankara bu iddianı təkzib edib. Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib ki, ABŞ və Türkiyə Afrindəki əməliyyatla bağlı hər hansı diplomatik müzakirə aparmır.

Qeyd edək ki, amerikalı polkovnik Robert Manninq də Afrində gərginliyin azaldılması istiqamətində Türkiyə ilə müzakirələr apardıqlarını söyləmişdi.

Gündəlik mətbuat konfransında çıxış edən Manninq Afrində şiddətin artmaması üçün Türkiyə ilə görüşlərin davam etdiyini söyləmişdi.