Mətbuat mərkəzi

Azərbaycan-Rusiya münasibətləri regional təhlükəsizlik kontekstində

İkitərəfli münasibətlərin hansı mərhələyə daxil olduğu və onun regional təhlükəsizliyin arxitekturasının qurulmasına necə təsir etdiyi barədə müzakirələr aparılacaq
Sputnik

Azərbaycan-Rusiya münasibətləri regional təhlükəsizlik sisteminin əsas təməlidir. İldən ilə bu tezis yeni anlam qazanır. Eyni zamanda Cənubi Qafqaz və Xəzər dənizi regionunda baş verən mürəkkəb proseslər bu münasibətlərin möhkəmliyini sınayırlar.

İkitərəfli münasibətlərin hansı mərhələyə daxil olduğu və onun regional təhlükəsizliyin arxitekturasının qurulmasına necə təsir etdiyi barədə 2 mart saat 10:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Rusiyanın məşhur ictimai xadimləri danışacaqlar:

Stanislav Çernyavski — Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Beynəlxalq Tədqiqatlar İnstitutunun direktoru, professor;

Viktor Panin – Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, siyasi elmlər namizədi, professor, Pyatiqorsk Dövlət Universitetinin beynəlxalq münasibətlər, politologiya və dünya iqtisadiyyatı kafedrasının müdiri, Strateji Tədqiqatlar İnstitutunun elmi-tədqiqat rəhbəri, Rusiya Federasiyasının ali peşəkar təhsilinin fəxri əməkdaşı;

Qriqori Trofimçuk — The Workshop of Eurasian Ideas Foundation Ekspertlər Şurasının sədri;

Sergey Masaulov – "Böyük Avrasiya" ekspert platformasının koordinatoru.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.