CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məmurlara xüsusi güzəşt

Onlar dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək
Sputnik

BAKI, 28 fevral — Sputnik. Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Formasına əlavənin cədvəlində dəyişikliklər edilib. Sputnik Azərbaycan oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini də artıq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək.