TƏHLİL

Ekspert Azərbaycanın ixrac potensialını artırma yollarını göstərir

İqtisadçı ekspert Müslüm İbrahimov deyir ki, kənd təsərrürfatının inkişafı emal sahələrinin inkişafına gətirib çıxarır
Sputnik

Müslüm İbrahimov: “Kənd təsərrüfatının inkişafı üçün üstünlüklər mövcuddur”
“Son illər ölkəmizdə kənd təsərrüfatının bütün sahələri üzrə inkişaf təmin edilib”. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrasının təmin edilməsi ilə bağlı keçirilən geniş kollegiya iclasında danışıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, kənd təsərrüfatında ilk növbədə ixrac potensialını artıracaq məhsulların istehsalına önəm verilməlidir: 

“Pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi ilə biz dünya bazarlarına təkcə xammal deyil, eyni zamanda emal olunmuş məhsulları da çıxarmış olarıq. Ümumiyyətlə kənd təsərrüfatının inkişafı emal sahələrinin inkişafına gətirib çıxarır. Bu sahələrin inkişaf etdirilməsi idxalın əvəz edilməsi siyasətinə daxildir. Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün mütləq üstünlüklər mövcuddur”.