CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yolda günün pik saatlarında tıxac olur

Ceyhun Səlimov küçəsinin bağlı olduğundan sürücülərin alternativ yol kimi Tbilisi prospektindən istifadə etmələridir
Sputnik

BAKI, 28 fevral — Sputnik. Bakının Tbilisi prospektinin Şəfayət Mehdiyev və Həsən Əliyev küçələri ilə kəsişməsində günün pik saatlarında tıxac yaranır. Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Yol Polis əməkdaşı müxbirimizə bildirib ki, DYP işçiləri yol hərəkətinin tənzimlənməsi ilə məşğul olduğunu bildirsə də, həmin vaxt tıxac qaçılmazdır.

Tıxacın yaranması səbəbləri barədə danışan polis əməkdaşı kəsişmədə yerləşən dairənin kiçik olması, üstəlik dairənin iki tərəfində avtobus dayanacağının və piyada keçidinin olmasının nəqliyyatın hərəkətində sıxlığa səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, tıxacın yaranma səbəblərindən biri də yeni metro stansiyasının tikintisi ilə əlaqədar Ceyhun Səlimov küçəsinin bağlı olduğundan sürücülərin alternativ yol kimi Tbilisi prospektindən istifadə etmələridir.