CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq prokuror: "Qorbaçov və ətrafı əmin idi ki, Qarabağda da Krım ssenarisi təkrarlanar"

Prokuror: Mən Sumqayıtda təxribatları törədən Qriqoryana ölüm hökmü istəmişdim, amma...
Sputnik

BAKI, 28 fevral — Sputnik. Qorbaçov və onun ətrafı Dağlıq Qarabağı Ermənistana verməyi qərara almışdı. Bunu Sputnik Azəbaycan-a Azərbaycanın məşhur vəkili, Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Sumqayıt hadisələri ilə bağlı keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən sabiq prokuror Aslan İsmayılov deyib.

Bu il 1988-ci ilin 27 və 29 fevral tarixlərində Azərbaycanın Sumqayıt şəhərində baş verən dəhşətli hadisələrdən 30 il keçir.

İsmayılovun sözlərinə görə, Sumqayıt hadisələrində 26 erməni və 6 azərbaycanlı ölüb. O, həmçinin qeyd edib ki, erməni əhali arasında qurbanların sayı daha çox ola bilərdi, əgər Sumqayıt sakini olan azərbaycanlılar öz həyatları ilə risk edərək dostlarını, qonşularını və sadəcə tanımadıqları erməniləri qatillərdən qorumasaydılar. 

Unudulmaz tarix: Sumqayıt hadisələrinin 30 illiyi

"Həmin günlərdə öldürülən 6 azərbaycanlı erməniləri öz evində gizlədənlər idi və onlar bunun hesabını ödədilər", — deyə hüquqşünas bildirib.

Sputnik-in həmsöhbəti əmindir ki, Sumqayıt hadisələri planlaşdırılmış aksiya idi. Onun sözlərinə görə, bu aksiyada Ermənistanın xüsusi xidmət orqanları, Qərb, Mixail Qorbaçov və ətrafı, eləcə də SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (KQB) iştirak etmişdi.

Vəkil qeyd edib ki, bu, Ermənistana bütün dünyaya azərbaycanlıların vəhşi olduğunu və Dağlıq Qarabağı zorla onlardan almaq istədiklərini təqdim etmək üçün lazım idi. Onların planına görə, beynəlxalq ictimaiyyət buna səssiz qalmalı idi və onlar bunu bacardılar", — deyə İsmayılov bildirib.

"Qərb də öz növbəsində SSRİ-nin parçalanmasını istəyirdi və buna nail oldu", — İsmayılov əlavə edib. 

ABŞ-dan Dağlıq Qarabağda böyük müharibə anonsu

Onun sözlərinə görə, Qorbaçov və onun ətrafı Dağlıq Qarabağı Ermənistana vermək istəyirdi. Onlar bunu planlaşdırarkən elə hesab etmişdilər ki, onlarda da Nikita Xruşşovun 1964-cü ildə Krımı Ukraynaya verdiyi kimi Dağlıq Qarabağı da Ermənistana vermək alınacaq. Amma onlar bunu hesablamamışdılar ki, azərbaycanlılar onlara layiqli müqavimət göstərə biləcək.

"Qorbaçov erməni diasporunun Qərbdə onu bir dünya adamı kimi təqdim etməsində maraqlı idi. O, buna nail olmağı bacardı: nəticədə Qorbaçov Nobel sülh mükfatına layiq görüldü" — deyə Sputnik-in həmsöhbəti əlavə edib.

İsmayılovun sözlərinə görə, bu situasiya ilə bağlı SSRİ DTK-sının da öz baxışı vardı. Qorbaçov özünün yenidənqurması ilə güc strukturlarını, xüsusilə də DTK-nı zəiflətmişdi. DTK-ya yeni gərginlik ocaqları lazım idi ki, öz gücünü tətbiq etsin və göstərsin ki, xüsusi xidmətlər hələ də mövcuddur. Bu yolla onlar Qorbaçovun imicinə zərbə vurmağa çalışırdılar.

"Bu hadisələrdə yeganə zərərçəkmiş tərəf Azərbaycan idi. Azərbaycanlılar təkcə təxribatların qurbanı deyildi, həm də bütün dünyada rüsvay edilmişdi" — deyə vəkil əlavə edib. 

Baş Prokurorluqla XİN Sumqayıt hadisələri ilə əlaqədar birgə bəyanat yaydı

İsmayılovun dediyinə görə, o, dövlət ittihamçısı olaraq bu hadisələrin əsas təhrikçisi və təşkilatçısı Eduard Qriqoryana və onun "sağ əli" Vahid Hüseynova ölüm hökmü istəyib. Lakin yuxarının göstərişini yerinə yetirən hakim Qriqoryana cəmi 12 müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Sonra onu Ermənistana etap ediblər və tezliklə azalığa buraxıblar. O, bu gün də azadlıqdadır və Moskva yaxınlığında sakit həyatını yaşayır.

"Bütün bunlar ona görə baş vermiş və ağır nəticələr doğurmuşdu ki, Sumqayıt hadisələrinin təşviqatçıları əvvəla SSRİ-i rəhbərliyi, sonra isə xüsusi xidmət orqanları idi", — deyə Sputnik-in həmsöhbəti əlavə edib.