HADİSƏ

Xəzər dənizində Azərbaycana yönəlik böyük cinayətin qarşısı alınıb

Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şək­lində heroinə oxşar maddə aşkar olunub
Sputnik

BAKI, 27 fevral — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qanunsuz ola­raq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaq­mal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

1 / 3
Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsi əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitələr
2 / 3
Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsi əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitələr
3 / 3
Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsi əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitələr

2017-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd su­­la­rımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub. Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koor­dinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb.

Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şək­lində heroinə oxşar maddə aşkar olunub. Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.