Türkiyənin Berlindəki səfirliyinə hücum edilib

Türkiyənin Berlindəki səfirliyinin binası naməlum şəxslərin hücumuna məruz qalıb
Sputnik

BAKI, 27 fevral — Sputnik. Türkiyənin Berlindəki səfirliyinin binası naməlum şəxslərin hücumuna məruz qalıb. Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, bunu Türkiyənin Almaniyadakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Refik Soğukoğlu bildirib.

O deyib ki, səhər saatlarında 4 naməlum şəxs səfirliyin binasına sarı, qırmızı və yaşıl boyalar ataraq qaçıblar.