BAKI, 27 fevral — Sputnik. Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı (Devlet Bahçeli) qondarma "erməni soyqırımı"nı tanıyan Hollandiya dövlətinə sərt ismarıclar göndərib. Sputnik Türkiyə xəbər verir ki, Baxçalı 1915-ci il hadisələrini soyqırımı kimi tanıdığını açıqlayan Hollandiyaya Xocalı faciəsini xatırladıb.
"Uydurma 1915-ci il hadisələri ilə bağlı əleyhimizə qərar çıxaranlar Xocalı qətliamını nə ilə izah edəcəklər? Hollandiya nə etməyə çalışır? Bosniyadakı müsəlman qətliamına göz yuman əsgərlərinizi nə edəcəksiz? 16-cı əsrdə elçilərinizin İstanbula gəlib sultanın əlini-ətəyini öpdüyünü unutmadıq", — partiya sədri deyib.
"Hollandiya getsin öz iyrənc tarixinə baxsın. Soyqırım soysuzların işidir. Türk düşmənlərinin ortaq adıdır. Bizim keçmişimiz tərtəmiz, gələcəyimiz də parlaqdır", — Dövlət Baxçalı bildirib.