Trampın qızı atasının barəsindəki ittihama aydınlıq gətirdi

İvanka Tramp: "Bu iddiaların əsassız olduğuna inanıram"
Sputnik

BAKI, 27 fevral — Sputnik. ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp atası ilə bağlı gəzən şayiələrə televiziya proqramlarının birində cavab verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, İvanka Tramp atasının barəsində yayılan cinsi istismar ittihamını təkzib edib.

"Bu iddiaların əsassız olduğuna inanıram və məsələ ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini düşünürəm. Mən atama güvənirəm", — İ.Tramp bildirib.