CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxı soyqırımının faktları ortaya çıxarıldı

Şamaxı şəhərində ilk "Novruz mühazirəsi" keçirilib
Sputnik

BAKI, 27 fevral — Sputnik. Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində ilk "Novruz mühazirəsi" keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.

Türkiyədən Hollandiyaya Xocalı "şilləsi" - VİDEO

İştirakçılar sırasında ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, İran, Çexiya, Çin, Banqladeş, Yunanıstan və digər ölkələrdən ümumilikdə 30 nəfər əcnəbi tələbə olub. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib və önünə əklil qoyulub. Daha sonra qonaqlar Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edilib.

Səfər iştirakçıları 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə baş çəkiblər. Məlumat verilib ki, əhalinin sığındığı məsciddə ermənilər yanğın törədərək təqribən 1700-dən artıq günahsız insanı qətlə yetirib, məscidi top atəşinə tutaraq yandırıblar. Soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə əsaslı bərpa edilib.

Şamaxı şəhərində "Novruz mühazirələri"

Tədbir Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov 1918-ci il soyqırımının xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa yaraşmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb. Nazir müavini tədbirin keçirilməsinin məqsədinin Azərbaycan Respublikası Prezidentinin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılması olduğunu bildirib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırımın faktlarından danışıb. Daha sonra nazir müavini Firudin Qurbanov və tarixçi Anar İskəndərov azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında danışıb. Planda Şamaxı rayon Əngəxəran kənd məktəbindəki soyqırım anım lövhəsinin ziyarəti də nəzərdə tutulub. Mühazirə davam edir.