SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Elmar Məmmədyarov Cenevrəyə gedib

Nazirin Cenevrə bölməsinin baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub
Sputnik

BAKI, 27 fevral — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə işgüzar səfərdədir. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Elmar Məmmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, BMT-nin baş katibinin müavini, eyni zamanda BMT-nin Cenevrə bölməsinin baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.