BAKI, 26 fevral — Sputnik. Amerikalı alimlər maraqlı araşdırma aparıb. Sputnik Azərbaycan xəbər verir ki, Rosvel Park Xərçəng İnstitutunun professoru Kevin Engin açıqlamasına görə, bir neçə nəfər üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, yumurtalıqda yaranan xərçəng atadan gələn genlər vasitəsilə keçirmiş.
3 mindən çox qadının genetik zəncirini araşdıran alimlər X xromosonunda testlər aparıblar. Araşdırmada məlum olub ki, yumurtalıq xərçəngində X xromosonu böyük rol oynayır. X xromosonunda maGEC3 geninin zədələnməsi xərçəngə yol açır.
Bununla da, yumurtalıq xərçənginə tutulma riskini azaltmaq üçün ataların genini yoxlayaraq bu riski azaltmaq mümkün olacaq.