Azərbaycanda xarici valyutalar bahalaşıb

Mərkəzi Bank bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb
Sputnik

BAKI, 26 fevral — Sputnik. Fevral ayının 26-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi fevralın 23-ü ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0932 manata, rubl/manat məzənəsi isə 0,0304 manata qalxıb.

Fevralın 23-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0914 manata, 1 rubl 0,0301 manata bərabər idi.