Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 26 fevral — Sputnik. Bu gün Şabran rayon sakini Sumqayıtda dəm qazından boğularaq ölüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, 20 yaşlı Leyli Ziyafət qızı səhər saatlarında yaşadıqları evdə dəm qazından dünyasını dəyişib. O, axşam saatlarında Şabran rayonuna gətirilərək dəfn olunub.
Onu da qeyd edək ki, mərhum nişanlı idi və yaxın aylarda toyu olacaqdı.