"Əxlaqsız" baş nazir yenidən səhnədə

Vəzifədən sui-istifadə və seks qalmaqallarında adı tez-tez hallanan Berluskoni seçki kampaniyasını açıq hava mitinqlərindən daha çox televiziya və internet vasitəsilə yürüdürdü
Sputnik

BAKI, 26 fevral — Sputnik. İtaliyada "əxlaqsız" ləqəbi ilə tanınan keçmiş baş nazir Silvio Berluskoni yenidən siyasət səhnəsinə qayıdıb. Onun parlament seçkilərinə bir həftədən az müddət qalmış görünməsi marağa səbəb olub.

Sputnik Azərbaycan "Euronews"a istinadən xəbər verir ki, mərkəz-sağçı "Forza İtalia" partiyasının 81 yaşlı lideri Milandakı Manzoni teatrında tərəfdarları qarşısında çıxış edib.

Vəzifədən sui-istifadə və seks skandallarında adı tez-tez hallanan Berluskoni, seçki kampaniyasını açıq hava mitinqlərindən daha çox televiziya və internet vasitəsilə yürüdürdü. Lakin bu dəfə o, seçkiyə bir həftə qalmış meydanlara çıxmaq qərarı verib.

Silvio Berluskoniyə radikalı sağçı "Şimal İttifaqı" partiyasının sədri Matteo Salvini də dəstək verib. O, iki sağçı partiyanın seçkiyə ittifaq halında girdiyini, Berluskoninin bu ittifaqın rəhbəri olduğunu deyib. Salvini Berluskoni liderliyində qalib gələcəklərinə əmin olduğunu da söyləyib.