RUSİYA

Sergey Lavrov "atəşkəs"dən danışdı

Rusiya İŞİD və əl-Nusranın atəşkəsə daxil edilmədiyini bildirib
Sputnik

BAKI, 26 fevral — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada bir aylıq atəşkəsə dair BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə dair yeni açıqlama verib. Humanitar yardımların çatdırılması üçün nəzərdə tutulan atəşkəsi Lavrov belə dəyərləndirib:

"Humanitar yardımların çatdırılması üçün Suriya miqyasında qəbul edilən atəşkəsin reallaşması məqsədilə ölkədəki münaqişə tərəflərinin atəşkəsə necə riayət etməsinə baxmaq lazımdır. Bu, çox mühümdür".

Sputnik xəbər verir ki, Lavrov atəşkəsə baxmayaraq, hökumət qüvvələrinin Suriyada terrorçu qruplaşmalara qarşı mübarizəsini davam etdirəcəyini, İŞİD və əl-Nusranın atəşkəsə daxil edilmədiyini vurğulayıb.