QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Avropada Azərbaycan-Türkiyə həmrəyliyi

Azərbaycan və Türkiyə icmasının nümayəndələrinin iştirakı ilə İsveç parlamentinin binasında yürüş keçirilib
Sputnik

BAKI, 26 fevral — Sputnik. İsveçin paytaxtı Stokholm şəhərində Xocalı soyqırımının 26-cı ildönümü anılıb. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan və Türkiyə icmasının nümayəndələrinin iştirakı ilə İsveç parlamentinin binasında yürüş keçirilib.

Yürüşdə 50-ə yaxın insan iştirak edib. Onlar xaricdə olsalar belə, Azərbaycanın qanlı tarixini, erməni vəhşiliyini hər kəsə çatdırmaq istədiklərini nümayiş etdiriblər.