HADİSƏ

Avtomobil idarəetməni itirib dayanacağa girdi

Hadisə zamanı ağır yaralanan qız xəstəxanaya çatdırılıb
Sputnik

BAKI, 26 fevral — Sputnik. Paytaxtın Əhmədli qəsəbəsində "Bakı" kinoteatrının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Xətai rayonu Sarayevo küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi

Hadisə şahidlərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil yüksək sürətlə dayanacaqda dayanmış iki nəfəri vurduqdan sonra idarəetməni itirərək başqa maşınlara çırpılıb:

Xətai rayonu Sarayevo küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi

"Hadisə zamanı ağır yaralanan qız xəstəxanaya çatdırılıb. Avtomobil idarəetməni itirdikdən sonra 3 maşına çırpılıb. "Mercedes"-in sürücüsü avtomobilin dövlət nömrə nişanını çıxararaq, hadisə yerindən uzaqlaşıb".

Sosial şəbəkədə yayılan məlumata görə, hadisə nəticəsində yaralanan qız xəstəxanada keçinib, qəzanı törədən isə məmur övladıdır.