Türkiyə daha bir şəhid verdi

Türkiyənin əməliyyat başlayandan bu yana verdiyi şəhidlərin sayı 33 nəfərə çatıb
Sputnik

BAKI, 25 fevral — Sputnik. Türkiyənin Suriyada apardığı "Zeytun budağı" əməliyyatı zamanı daha bir əsgəri şəhid olub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada deyilir.

Beləliklə, Türkiyənin əməliyyat başlayandan bu yana verdiyi şəhidlərin sayı 33 nəfərə çatıb.

Əməliyyat dövründə PKK/PYD-YPG terror təşkilatının 2018 üzvü öldürülüb. 108 yaşayış məntəqəsi terrorçulardan təmizlənib.