BAKI, 25 fevral — Sputnik. Ağcabədi rayonunda 21 yaşlı tələbə qız qaçırılıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin S.Vurğun küçəsində baş verib.
Qızın anası Nazilə Musayeva qızı Sevinc Musayevanın zorla qaçırıldığını iddia edib. Artıq 3 gündür qızından xəbər ala bilməyən ana hüquq-mühafizə orqanlarına məlumat verib.
Məlumatda o da bildirilir ki, ehtimala görə, qızı İsmayıllı rayonundan Ağcabədiyə qonaq gələn şəxs qaçırıb.
S.Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 2-ci kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.