SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident seçkiləri ilə bağlı bəzi prosedurlar başa çatır

Bu gün, həmçinin səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi başa çatır
Sputnik

BAKI, 25 fevral — Sputnik. Bu gün Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında deyilir.

Təqvim planına əsasən, səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа dair tələblərin təsdiq edilməsi müddəti bu gün başa çatır. Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 45 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dək təsdiq edilir.

Növbədənkənar seçki qərarı hədəflərinə çatdı - Suqsvanq vəziyyət

Bu gün həmçinin səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi başa çatır. Səsvermə vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir.

Bundan əlavə fevralın 25-də dairə seçki komissiyaları tərəfindən nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə, məntəqə seçki komissiyaları, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi prosesi başa çatır.

Həmçinin, Təqvim Planına əsasən, fevralın 25-də Mərkəzi Seçki Komissiyası tərəfindən seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, ayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti başa çatır.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.