TƏHLİL

Sabir Rüstəmxanlı: “Qazaxıstanın latın qrafikasına keçməsi inqilabi hadisədir”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı deyir ki, türk dünyasının latın qrafikasına keçməsi zəruridir
Sputnik

Sabir Rüstəmxanlı: “Fərqli işarələrin olması bir-birimizi anlamağa mane olacaq”
Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikalı yeni əlifbanın təsdiqlənməsi barədə fərman imzalayıb. Yeni əlifba 32 hərfdən ibarətdir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a deyir ki, Qazaxıstanın latın əlifbasına keçidi mübahisə doğurmayan məsələdir: 

“Qazaxıstan latın qrafikasına keçsə də, yeni əlifbada da bəzi səslər fərqli işarələrlə yazılır. Bütün bunlara baxmayaraq, Qazaxıstanın latın qrafikasına keçməsi inqilabi hadisədir. Ümumiyyətlə türk dünyasının latın qrafikasına keçməsi zəruridir. Ancaq əlifbalarda bəzi səslərin fərqli işarələrlə göstərilməsi onu göstərir ki, kiril əlifbasından imtina bizim bir-birimizi sərbəst oxumağımıza gətirib çıxarmayacaq”.