İlqar Vəlizadə: “Bu, təkcə Amerika İran sazişi deyil”
“İran məcburdur ki, nüvə proqramı ilə bağlı sazişdə iştirakına yenidən baxsın”. Bunu Sputnik Azərbyacan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
“Bu, təkcə Amerika İran sazişi deyil, burada digər önəmli iştirakçılar da var. Həmin iştirakçılar da bu sazişin qüvvədə qalmasına tərəfdar çıxırlar. İran tərəfindən verilən açıqlamalar Amerikaya yox, onun müttəfiqlərinə yönəlib ki, onlar Amerikanı mövqeyindən çəkindirə bilsinlər. Bu diplomatik gedişatların hansı nəticə verəcəyini demək hələ tezdir. Son aylar bu ritorika sərtləşib və düşünürəm ki, yaxın aylarda da bu davam edəcək”.
Qeyd edək ki, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı ABŞ-ın təzyiqi altında Qərb dövlətləri İranla əməkdaşlıqdan boyun qaçırdıqları təqdirdə, Tehranın nüvə proqramı ilə bağlı sazişdən çıxa biləcəyini deyib.