CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşkəsəndə qadın qeyri-rəsmi yaşadığı şəxs tərəfindən öldürülüb

M.Cəfərova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var
Sputnik

BAKI, 25 fevral — Sputnik. Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində baş verib.

Kənd sakini 1982-cü il təvəllüdlü Cəfərova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən başına küt alətlə vurularaq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.

Məlumata görə, M.Cəfərova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı isə ailəlidir, bir övladı var.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.