Dağıstanda əməliyyat keçirilir: Güc strukturlarında həbslər aparılır

Respublikanın bütün güc strukturlarında yoxlamalar keçiriləcək
Sputnik

BAKI, 25 fevral — Sputnik. Dağıstan polisi və Respublika Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dağıstan DİN-in cinayət-axtarış şöbəsinin rəisi polkovnik Xaybulu İbnuxadjarovu həbs ediblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, polkovnik maliyyə fırıldaqlarında ittiham edilir, onun barəsində cinayət işinin qaldırılması məsələsi nəzərdən keçirilir.

Qızıl tapançanın izi ilə: Dağıstan hökuməti istefaya göndərildi

İbnuxadjarovdan əlavə, Dağıstan DİN-in daha bir yüksək vəzifəli polis məmuru şübhəli şəxs sayılır. Məlumata görə, respublikanın bütün güc strukturlarında yoxlamalar keçiriləcək.

Dağıstan DİN-in saytında qeyd edilir ki, iki əməkdaş tərəfindən maliyyə pozuntuları aşkar edilib, onların polis orqanlarından çıxarılması məsələsinə baxılır. Digər təfərrüatlar göstərilmir.

Xatırladaq ki, artıq bir müddətdir Dağıstanda iri miqyaslı antikorrupsiya yoxlamaları başlayıb. Nəticədə respublika hökumətinin başçısı Abdusəmid Həmidov, onun müavinləri və daha bir neçə məmur saxlanılıb. Onlar fırıldaqçılıqda ittiham edilirlər.