Zibillikdən gələn səslər hamını təəccübləndirib

İşçilər 20 cücəni və cücə çıxacağı təxmin edilən 400 yumurtanı yığaraq adiyyatı orqanlara təhvil veriblər
Sputnik

BAKI, 24 fevral — Sputnik. Marmarisdə baş verənlər hamını təəccübləndirib. Belə ki, 100-dən çox vaxtı keçmiş yumurta tullanıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, təmizlik işlərinə baxan idarənin işçiləri bir zibil qutusunu yığışdıran zaman qəribə səslər eşidiblər. Onlar qutuya atılan 1000 ədəd vaxtı keçmiş yumurtadan bir neçə cücə çıxdığını görüblər.

İşçilər 20 cücəni və cücə çıxacağı təxmin edilən 400 yumurtanı yığaraq adiyyatı orqanlara təhvil veriblər. Bu xəbər isə sosial şəbəkələrdə də sürətlə yayılmağa başlayıb. Xəbəri oxuyan bəzi vətəndaşlar bir neçə yumurtadakı cücələri xilas etmək üçün onları həmin idarədən götürüb öz şəxsi inkubatorlarında saxlayıblar.