CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil infrastrukturuna 830 min manat ayrıldı

Sərəncama əsasən, 2017-ci ildə quraşdırılmış modul tipli 44 təhsil müəssisəsinin qazlaşdırılması məqsədilə 830 min manat ayrılıb
Sputnik

BAKI, 24 fevral — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, 2017-ci ildə quraşdırılmış modul tipli 44 təhsil müəssisəsinin qazlaşdırılması məqsədilə Azərbaycan prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 830 min manatı Təhsil Nazirliyinə ayrılıb.