TƏHLİL

Ekspert: “Məktəblərimizin mühafizəsi yüksək səviyyədə deyil”

Təhsil eksperti Kamran Əsədov deyir ki, məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır
Sputnik

Kamran Əsədov: “Məktəblərdə mühafizə işini görən şəxslərə təlimlər keçilməlidir”
“Bu gün məktəblərin mühafizəsi məsələsi kifayət qədər aktualdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

“Nə 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda, nə də “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə məktəblərin mühafizəsi ilə bağlı hər hansı bir məsələ göstərilməyib. Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır. Məktəblərimizin mühafizəsi yüksək səviyyədə deyil. Buna görə də məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçilməlidir”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün öncə qətliam baş vermiş Parkland şəhərindəki məktəbdə çıxışı zamanı müəllimlərə və məktəb işçilərinə silah gəzdirməyə icazə verilməsini təklif edib.